Milli Məclisin yeni inşa olunmuş inzibati binasında TürkPA-nın Katibliyinə ofis üçün yer ayrılması bu quruma verilən böyük əhəmiyyətin bariz nümunəsidir

Mayın 24-də Milli Məclisin sədri Oqtay Əsədov "TBMM-90 il, Parlament Diplomatiyası - TürkPA" konfransının iştirakçıları ilə görüşmüşdür.
Milli Məclisin sədri qonaqları səmimi salamlayaraq Bakıda TürkPA-nın ilk beynəlxalq konfransının yüksək səviyyədə keçməsindən məmnunluğunu ifadə etmişdir. Bildirilmişdir ki, türkdilli ölkələrin dövlət başçılarının hələ vaxtilə Antalya görüşündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev belə bir parlament qurumunun yaradılması barədə fikirlərini açıqlamışdır. Bu gün artıq bu ideya günümüzün reallığına çevrilmişdir. Böyük bir ərazini əhatə edən Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması türk dünyasının beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir.
Türkdilli ölkələrin dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar bu sahədə ciddi uğurlar qazanmağa zəmin yaradır. Milli Məclisin sədri türk dünyasının mühüm geostrateji məkana malik olduğunu vurğulayaraq, türk xalqlarının bir yerdə olmasının siyasi, iqtisadi və mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.
Diqqətə çatdırılmışdır ki, TürkPA Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına və ATƏT-ə müraciət edərək bu qurumların parlament assambleyalarında müşahidəçi qismində iştirak etmək istəyini bildirmişdir. Biz inanırıq ki, TürkPA tez bir zamanda nüfuzlu beynəlxalq qurumlarla əlaqələrini genişləndirərək böyük bir regionda nüfuz sahibi olan təşkilata çevriləcəkdir.
Görüşdə konfrans iştirakçıları adından səmimi qəbul üçün minnətdarlığını bildirən TBMM-in sədr müavini, Türkiyə nümayəndə heyətinin rəhbəri Nevzat Paktil türk xalqlarının bir təşkilatda birləşməsini eyni kökdən olan ağacın budaqlarına bənzətmişdir. Bakı konfransının yüksək səviyyədə keçdiyini vurğulayan qonaq, TürkPA Katibliyinin fəaliyyətini təqdirəlayiq hesab etmişdir. Ümidvar olduğunu bildirmişdir ki, gələcəkdə digər türk dövlətləri də TürkPA-ya üzv olacaq və bu təşkilat türk xalqlarını düşündürən problemlərin müzakirəsində və həll edilməsində müsbət rol oynayacaqdır.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri Kılışbay Bisenov Qazaxıstan parlamentinin hər iki palata sədrlərinin salamlarını Oqtay Əsədova çatdırmışdır. Qonaq Azərbaycanda gördüyü inkişafdan məmnunluğunu ifadə etmiş, Milli Məclisin yeni inşa olunmuş inzibati binasında TürkPA-nın Katibliyinə ofis üçün yer ayrılmasını bu quruma verilən böyük əhəmiyyətin bariz nümunəsi kimi dəyərləndirmişdir.
Qazaxıstanlı deputat qeyd etmişdir ki, bugünkü konfrans və TürkPA-nın xətti ilə keçirilən digər tədbirlər türk xalqlarının birliyinin və dostluğunun daha möhkəm təməllər üzərində qurulması üçün atılan tarixi addımlardır. Biz qurumun gələcəyinə qəlbən inanırıq.
Tədbirdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, TürkPA-nın baş katibi Ramil Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında