Azərbaycan "Gallup International" təşkilatının beynəlxalq sorğusunda 8-ci yeri tutmuşdur

2011-ci ilin son aylarında dünyanın ən nüfuzlu araşdırma və sorğu şirkətlərindən biri olan "Gallup International"ın apardığı "Qlobal Ümid və Ümidsizlik Barometri" adlı sorğusuna əsasən Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutmuşdur.
Bu barədə AzərTAc-a Azərbaycan Marketinq Cəmiyyətindən məlumat verilmişdir. Məlumatda bildirilir ki, Azərbaycanın bu uğuru o deməkdir ki, ölkə əhalisi gələcəyə ümid bəsləyir, növbəti ildə hazırkı ilə nisbətən əhalinin rifah səviyyəsinin daha da yüksələcəyinə inanır və ölkəmizin 2012-ci ildə inkişafına böyük nikbinliklə baxır. Bundan əlavə, Azərbaycan cari ildə ən yüksək irəliləyiş əldə etmiş ölkələr sırasında ilk yerlərdən birini tutur. Eyni zamanda, araşdırma bunu da göstərir ki, ümidsizlik dərəcəsi Avropa və Şimali Amerikada dünyanın digər ölkələri ilə müqayisədə daha yüksəkdir. Hesabatda qeyd edilir ki, son 34 il ərzində keçirilən sorğulara nisbətən bu ilin göstəricilərini dünya üzrə ən pessimist göstəricilər hesab etmək olar.
Sorğu bu il dünya ölkələri üzrə 45 mindən artıq respondent arasında aparılmışdır. Etibarlı və yüksək peşəkarlıqla fərqlənən metodologiya, respondentlərin geniş əhatə dairəsi və ümumi obyektivliklə seçilən bu reytinqdə Azərbaycanın yüksək templərlə irəliləməsi ölkədə aparılan islahatlar və siyasətin əhali tərəfindən yüksək qiymətləndirilməsi və nəticədə gələcəyə inamla baxmasına sübutdur.
"Gallup International" araşdırma və sorğu Assosiasiyası 60 ildən artıq bir dövrdə fəaliyyət göstərir və dünyada sosial, siyasi və iqtisadi tədqiqatlar üzrə aparıcı araşdırma qruplarından biridir. "Qlobal Ümid və Ümidsizlik Barometri" hesabatı isə 1977-ci ildən başlayaraq ildə bir dəfə hazırlanır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında