Rusiyada yaşayan azərbaycanlı ifaçı və bəstəkar Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış etmişdir

Rusiyada yaşayan tanınmış azərbaycanlı ifaçı və bəstəkar Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış etmişdir.
Anşlaqla baş tutan konsertdə bir çox yaddaqalan məqamlar da yaşanmışdır. Konsert üçün saray səhnəsində xüsusi böyük ölçülü 6 ekran quraşdırılmışdır.
Emin Ağalarovu səhnədə altı musiqiçi və üç bek-vokal müşayiət etmişdir. İki saata yaxın davam edən konsertdə müğənni, hər proqramında olduğu kimi, SSRİ xalq artisti, Azərbaycanın unudulmaz musiqiçisi, eyni zamanda, ailəsinin yaxın dostu Müslüm Maqomayevi də xatırlamışdır.
Konsertdə müğənni əsasən "Wonder" albomundakı mahnıları səsləndirmişdir. O, "Just for one night", "Wonder", "All i need to night", "Miss America", "Falling", "Obvious", "Dont go" mahnıları ilə yanaşı, bir neçə yeni mahnı da ifa etmişdir.
Konsertdə "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran Eldar Qasımov və Nigar Camal da çıxış etmişlər. Qalibləri səhnəyə Emin Ağalarov özü dəvət etmiş və Azərbaycanın bu müsabiqədə qələbəsindən bir daha sevincini dilə gətirmişdir. Eldar və Nigar isə elə Düseeldorf səhnəsində olduğu kimi Heydər Əliyev Sarayında da "Running Scared" duetini səsləndirmişlər.
Konsertdən əldə edilən vəsait Nardaran qəsəbəsindəki məktəbin bərpasına sərf ediləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında