Bakı Dövlət Universitetində professor Abuzər Xələfovun anadan olmasının 80 illik yubileyi qeyd edilmişdir

Dekabrın 23-də Bakı Dövlət Universitetində əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi universitetin kafedra müdiri, "Şöhrət" ordenli, professor Abuzər Xələfovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibətilə tədbir keçirilmişdir.
Təhsil naziri Misir Mərdanov alimin Azərbaycanda kitabxanaşünaslıq elminin təşəkkül tapmasında, inkişaf etdirilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışmışdır. Alimin Azərbaycanda kitabxanaşünaslığın inkişafına verdiyi töhfələrdən söz açan təhsil naziri onun əməyinin dövlət tərəfindən layiqincə qiymətləndirildiyini demişdir.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov vurğulamışdır ki, Abuzər Xələfov Azərbaycanda milli kitabxanaşünaslıq elmi məktəbinin yaradıcısı olmaqla yanaşı, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəltmişdir.
Tədbirdə digər çıxış edənlər professorun elmi fəaliyyətindən geniş söhbət açmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında