İctimai Televiziyanın əməkdaşlarına orden və medallar təqdim olunmuşdur

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə televiziya və radionun inkişafındakı xidmətlərinə görə təltif olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşlarına orden və medallar təqdim edilmişdir.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət tərəfindən kütləvi informasiya vasitələrinə hər zaman qayğı və diqqətin göstərildiyini və bu siyasətin gələcəkdə də davam edəcəyini demişdir. Ə.Həsənov Prezident İlham Əliyev tərəfindən Azərbaycan televiziya və radiosunun inkişafında xidmətləri olan şəxslərin təltif olunmasını dövlətin diqqətinin təzahürü kimi qiymətləndirmişdir. İctimai televiziyanın fəaliyyət göstərdiyi 6 ildə böyük uğurlara imza atdığını deyən şöbə müdiri bu nailiyyətlərdə televiziyanın kollektivinin böyük əməyi olduğunu vurğulamışdır.
Qeyd edək ki, İctimai Televiziyanın ümumilikdə 10 əməkdaşı orden, medal və fəxri adlarla təltif olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında