Azərbaycan Respublikasına ikinci investisiya səviyyəli reytinq verilmişdir

"Standard &Poor's" Beynəlxalq Reytinq Şirkəti Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqinin "BBB-" investisiya səviyyəsinə qaldırılması, reytinq üzrə isə proqnozun "Sabit" olduğu barədə qərar qəbul etmişdir.
Agentliyin mətbuat üçün məlumatında qeyd olunmuşdur ki, Azərbaycanın reytinqinin investisiya səviyyəsinə qaldırılması ölkəyə daxil olan neft gəlirlərinin sürətlə artmasını və onların ölkənin olduqca güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması məqsədi ilə səmərəli idarə olunmasını əks etdirir. Bununla yanaşı, agentlik Azərbaycanda güclü fiskal siyasətin aparılmasını da xüsusi vurğulamışdır.
Azərbaycan Respublikası ilk investisiya səviyyəli reytinqini "Fitch" Beynəlxalq Reytinq Agentliyi tərəfindən 2010-cu ilin mayında almışdır. Beləliklə də, bu, ölkəyə verilən artıq ikinci investisiya səviyyəli reytinqdir.
Hadisənin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dünyada baş verən maliyyə böhranı şəraitində adıçəkilən "Standard &Poor's" Beynəlxalq Reytinq Şirkəti bu yaxınlarda Avropanın 15 aparıcı ölkəsinin, o cümlədən Almaniya və Fransa kimi ölkələrin reytinqinin aşağı salınması ehtimalının gündəmdə olduğunu elan etmişdir. Belə mürəkkəb vəziyyətdə Azərbaycanda gedən proseslərin müstəqil beynəlxalq şirkət tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizə beynəlxalq maliyyə icmasının etimadının, hökumətin və ölkənin iri şirkətlərinin beynəlxalq maliyyə bazarlarında borclanma məqsədi ilə qiymətli kağızların emissiyası üçün əlverişli şəraitin mövcudluğunun göstəricisi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq kapital bazarlarına daha asanlıqla çıxışı üçün olduqca münbit şərait yaradır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında