Azərbaycan Respublikası "Kitab" Cəmiyyəti tərəfindən Prezident İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş yeni miniatür kitab nəşr edilmişdir.

Bu mini kitab oxucuya Azərbaycan dövlətinin başçısının keçdiyi şərəfli ömür yolu haqqında ətraflı məlumat verir.
AzərTAc xəbər verir ki, bu günlərdə "İndiqo" mətbəəsində yüksək poliqrafik səviyyədə işıq üzü görmüş kitab 45x50 formatda nəşr olunmuşdur.
Yazıları Azərbaycan, rus və ingilis dillərində verilmiş 80 səhifəlik kitabda Prezident İlham Əliyevin xronoloji bioqrafiyası, dövlətimizin başçısının keçdiyi şərəfli ömür yolu çox böyük ustalıqla, dəqiqliklə və ardıcıllıqla əksini tapmışdır. Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin təltif olunduğu müxtəlif ordenlər, mükafatlar və fəxri adlar haqqında da ətraflı məlumatlar yer almışdır.
Ondan çox rəngli fotoşəklin verildiyi nəşrin forzatsında Azərbaycanın dövlət bayrağı əks olunmuşdur. Kitabda Prezident İlham Əliyevlə yanaşı, ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fotoşəkilləri vardır. Fotoşəkillərdə Prezidentin müxtəlif görüşlərini əks etdirən bəzi məqamlar da öz əksini tapmışdır.
Nəşrin üz qabığında Prezident İlham Əliyevin rəngli fotoşəkli əks olunmuşdur.
Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin 50 illik yubileyinə böyük töhfə olan bu nəşr bütün kitabsevərlər tərəfindən böyük maraqla qarşılanacaqdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında