Şərur rayonunun Siyaqut kəndində yeni istixana kompleksi yaradılmışdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 23-də Siyaqut kəndinə gəlmiş, yeni istixana kompleksinə baxmışdır.
Sahibkar Xudaverdi Hüseynəliyev istixana kompleksi haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, istixana kompleksi yaradılarkən Sahibkarlığa Kömək Fondundan 202 min manat kredit götürülmüş, 70 min manat özəl investisiyadan istifadə edilmişdir. Bu vəsaitin 264 min manatı istehsal sahəsinin tikintisinə və avadanlıqlar dəstinin alınmasına sərf olunmuşdur. Üç min kvadratmetr sahəsi olan istixanada İtaliya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, Zirə sortu olan 10 min ədəd xiyar şitili əkilmişdir. Hər kolun məhsuldarlığı 25-30 kiloqram, müəssisənin illik istehsal gücü isə 130 tondur. Oktyabr ayında yaradılan kompleksdə bu günədək bazara 4 ton məhsul çıxarılmışdır. İstixana kompleksində 8 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin sədri muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana komplekslərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, bundan sonra da muxtar respublikada istixana komplekslərinin yaradılmasına lazımi dövlət maliyyə dəstəyi göstəriləcək, əhalinin mövsümi tələbatının ödənilməsi məqsədi ilə yüksək keyfiyyətli məhsul istehsalına nail olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında