Şərur rayonunun Düdəngə kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Dekabrın 23-də Şərur rayonunun Düdəngə kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Əvvəlcə Düdəngə kənddaxili avtomobil yolunun açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmişdir.
Yolun texniki göstəriciləri barədə məlumat verilərkən bildirilmişdir ki, yolun uzunluğu 2 kilometr, asfalt örtüklü yol yatağının eni 8, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Kənddaxili avtomobil yoluna 15 min kvadratmetr asfalt örtük salınmış, 12 ədəd suötürücü qoyulmuşdur.
Sonra Düdəngə kənd mərkəzi istifadəyə verilmişdir.
Açılış tədbirində çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirmişdir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Roza Mustafayeva yaradılan şəraitə görə minnətdarlığını bildirmiş, bundan sonra da səylə çalışacaqlarına, kənd əhalisinə nümunəvi xidmət göstərəcəklərinə söz vermişdir.
Ali Məclisin sədri tədbir iştirakçılarını salamlamış, Düdəngə kənd mərkəzinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsində kəndlərimiz abadlaşır, şəhərlə kənd arasındakı fərq aradan qaldırılır. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları Düdəngə kəndinin timsalında aydın görmək olar. Kənddə 4554 nəfər əhali yaşayır ki, onların da 900-ə yaxını dövlət büdcəsindən əməkhaqqı, təqaüd və müavinət formasında vəsait alanlardır.
Düdəngə kəndində torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlərin verilməsi və yaradılan şərait əkin sahələrinin genişlənməsinə, məhsul istehsalının artırılmasına səbəb olmuşdur. Torpaq mülkiyyətçilərinin istehsal etdiyi məhsullar isə müvafiq qurumlar tərəfindən alınır, bazarlarda sərfəli qiymətlərlə satışı təşkil olunur. Digər sosial infrastruktur sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılmış, yeni kənd və xidmət mərkəzləri inşa olunmuş, məktəb binasında və həkim ambulatoriyasında lazımi şərait yaradılmış, kənd qazlaşdırılmış, mənzillərə telefon xətləri çəkilmiş, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Həyata keçirilən bu tədbirlər, ilk növbədə, sakinlərin rahat yaşamasına xidmət edir. Hər bir kənd sakini də yerli dövlət orqanları ilə birlikdə tikilənləri, qurulanları qorumalı, kəndin abadlaşmasında bundan sonra da yaxından iştirak etməlidirlər.
Kompleks quruculuq işlərini həyata keçirmək üçün ölkədə sabitlik, gələcəyə hesablanmış sürətli sosial-iqtisadi inkişaf, xalq tərəfindən dəstəklənən siyasi xətt olmalıdır, - deyən Ali Məclisin sədri bildirmişdir ki, Azərbaycanda Heydər Əliyev siyasi xətti üzərində qurulan sosial-iqtisadi inkişaf strategiyası öz bəhrələrini verir. Hər birimiz ölkəmizdə bütün sahələrin sürətlə inkişaf etdiyinin şahidiyik. Müstəqil Azərbaycan Respublikası qısa müddət ərzində keçid dövrünü yaşayan bir ölkədən hərtərəfli inkişaf edən ölkəyə çevrilmişdir. Ölkəmizdə bütün sahələrdə çalışan vətəndaşlarımızın əməkhaqları, müavinət və təqaüdləri artırılır, insanların maddi-rifah halı yaxşılaşdırılır. Bu isə həyata keçirilən düzgün siyasi xəttin, ulu öndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, yeni inkişaf konsepsiyasını müəyyənləşdirən proqramların qəbul olunmasının nəticəsində mümkün olmuşdur.
Ali Məclisin sədri kənddə yeni sosial obyektlərin əlamətdar gün və bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il və ölkə başçısının əlli illik yubileyi ərəfəsində istifadəyə verildiyini qeyd etmiş, bu münasibətlə kənd sakinlərini təbrik etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. İki mərtəbədən ibarət olan kənd mərkəzində icra nümayəndəliyi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, baytarlıq və polis sahə məntəqələri, kənd mədəniyyət evi və 70 yerlik zal yerləşir.
Həmin gün Düdəngə kəndində xidmət mərkəzinin də açılışı olmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında