Suxumi Universitetinin professoru: "Ermənilərin İrəvan qalasını dağıdaraq yer üzündən silməsi cinayətdir"

"Hazırkı Ermənistan tarixi Azərbaycan və Gürcüstan əraziləri hesabına süni şəkildə yaradılmışdır"
"Bu bir faktdır ki, hazırkı Ermənistan Azərbaycan və Gürcüstan əraziləri hesabına süni şəkildə formalaşdırılıb. Ermənistan iki canlı orqanizmdən amputasiya edilmiş bir yara kimidir. Bizim xalqlar və dövlətlərimiz zorla erməniləşdirilən ərazilərimizi geri istəməlidirlər".
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Suxumi Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia demişdir. O qeyd etmişdir ki, İrəvan qalasının mövcudluğu danılmazdır: "Bu gün Azərbaycana aid İrəvan xanlığının ərazisində Ermənistan yerləşir. Aydındır ki, Azərbaycan şəhəri erməni dövlətinin paytaxtı elan olunmuşdur. Ermənilər Azərbaycan dövlətinə məxsus abidələri dağıdıblar. Onlar bilirlər ki, zaman keçəcək və tarix faktlarla bu ərazilərin ermənilərə məxsus olmadığını sübuta yetirəcək".
Q.Marxuliyanın sözlərinə görə, Ermənistan İrəvan qalasını dağıtmaqla azərbaycanlılara məxsus ərazilərdən Azərbaycan izini silməyə çalışıb: "Ermənilərin İrəvan qalasını dağıdaraq yer üzündən silmələri cinayətdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında