Almaniyanın Azərbaycan diasporu Fransa Senatı tərəfindən demokratiyaya zidd qanun layihəsinin qəbul edilməsini pisləyir

Fransa Senatı əslində olmayan bir şeyin - qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət kimi cəzalandırılma haqqında demokratiyaya zidd qanun layihəsi qəbul etmişdir. Bununla əlaqədar, Almaniya Azərbaycanlılarını Əlaqələndirmə Mərkəzi (AAƏM) bəyanat yaymışdır.
Almaniyanın Azərbaycan diasporu hesab edir ki, Senatın bu addımı həm Türkiyə-Fransa, həm də Azərbaycan-Fransa münasibətlərinə zərər vurur.
AAƏM-in bəyanatında deyilir: "Bu, siyasi məsələ deyil, tarixi məsələdir. Türkiyə arxivləri açmağa və bu məsələyə alimləri cəlb etməyə hazır olduğunu həmişə bəyan etmişdir. Belə olan təqdirdə Fransanın Türkiyəyə qarşı ittihamları uydurma və əsassızdır. Fransa parlamenti tərəfindən qəbul edilmiş qərar demokratiyaya ziddir. Biz Fransa parlamentinin üzvlərini qondarma "erməni soyqırımı"nı tanımaq əvəzinə 1992-ci ilin fevral ayında Xocalıda yaşayan azərbaycanlılara qarşı real soyqırımını tanımağa çağırırıq. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa yaxın vaxtlarda baş vermiş bu soyqırımını və Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsini pisləmək əvəzinə yüz il bundan əvvəl baş vermiş hadisələrlə məşğul olur".

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında