İslam Əməkdaşlıq Təşkilatının baş katibi: "Fransa parlamentinin qərarını rədd edirik"

Fransanın Milli Assambleyasında 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının inkarını cinayət sayan qanun layihəsinin qəbul olunmasını biz təşkilat olaraq rədd edirik.
Bu sözləri "Müsəlman cəmiyyətlərində dəyişiklik və qadının rolu" mövzusunda keçirilən konfransda iştirak edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Anadolu agentliyinə açıqlamasında demişdir.
E.İhsanoğlu vurğulamışdır ki, Fransa dövlətinin təməlində azadlıq, bərabərlik və ədalət prinsipləri dayanır. Bu üç prinsipdən ikisi artıq pozulmuşdur. Peyğəmbərimizi, müqəddəs dəyərlərimizi təhqir edənləri biz tənqid edərkən bunun fikir və ifadə azadlığı olduğunu deyirlər. Bizim müqəddəslərimiz haqqında qeyri-etik karikaturaların çəkilməsini fikir azadlığı ilə əsaslandıranlar bu gün ədalətsiz bir qanun qəbul edirlər. Bu, qəbuledilməz bir ziddiyyətdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında