Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə qorunması, bu sahə ilə əlaqədar qanunların qəbulu, beynəlxalq konvensiyaların təsdiqi təqdirəlayiqdir

Azərbaycanda məişət zorakılığına qarşı mübarizə və gender bərabərliyinin təmin olunması sahələrində əsaslı işlər görülmüşdür. Milli Məclisin insan alverinə qarşı mübarizə ilə bağlı Avropa Şurasının məlum konvensiyasını təsdiq etməsi artıq bu ölkənin insan hüquq və azadlıqlarının qorunmasına verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Bu fikirlər ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gender bərabərliyi üzrə komitəsinin sədri Mendes Botanın mayın 24-də Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin sədrləri Rəbiyyət Aslanova və Əli Hüseynovla keçirdiyi görüşdə səslənmişdir.
Rəbiyyət Aslanova ölkəmizdə gender bərabərliyi ilə bağlı görülən işlər barədə məlumat vermiş, bununla bağlı xüsusi qanunun qəbul edildiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, Azərbaycanda kişi və qadın hüquqları Konstitusiya ilə qorunur.
"Məişət zorakılığına qarşı mübarizə haqqında" qanun layihəsi də hazırlanmışdır və bu günlərdə parlamentin müzakirəsinə çıxarılacaqdır. Bu qanun layihəsi hazırlanarkən 20-dən çox ölkənin təcrübəsi öyrənilmişdir.
Əli Hüseynov ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər, qəbul olunmuş qanunlar barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, demokratik inkişaf yolunu seçən və Avropaya inteqrasiya edən Azərbaycan dövləti vətəndaşlarının bərabər hüquqlarının təmin olunmasında maraqlıdır.
Ətraflı məlumat və səmimi sözlərə görə təşəkkür edən Mendes Bota demişdir ki, Azərbaycan bu gün sürətlə inkişaf edir. Bu ölkədə insan hüquqlarının yüksək səviyyədə qorunması, insan hüquqları, gender bərabərliyi, məişət zorakılığına qarşı mübarizə və bu sahə ilə əlaqədar digər qanunların qəbulu, beynəlxalq konvensiyaların təsdiqi olduqca təqdirəlayiqdir.
Daha sonra görüşdə Azərbaycanda gender bərabərliyi, məişət zorakılığına qarşı qlobal mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında