Elmar MƏMMƏDYAROV: "Fransanın Milli Assambleyasının qərarı bizim üçün qəbulolunmazdır"

Fransanın Milli Assambleyasının qərarı bizim üçün qəbulolunmazdır. Əgər onlar yüz il bundan əvvəl olmuş hadisəyə münasibət bildirirlərsə, onda Xocalı soyqırımına, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə də münasibət bildirsinlər.
Bu sözləri dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən demişdir.
Nazir vurğulamışdır ki, bu qərar problem yaratmaqdan başqa bir şeyə xidmət etmir. ATƏT-in Minsk qrupunun Fransadan olan sabiq həmsədri Bernar Fasye regiona son səfəri zamanı Azərbaycan torpaqlarının işğalı faktını etiraf etmişdir. Bu həqiqəti hamı dərk və etiraf etməlidir.
E.Məmmədyarov demişdir ki, Fransanın Milli Assambleyasında bu qərarı azlıq, deputatların təxminən 10 faizi qəbul etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında