Xəzər rayonunda gənclərlə dəyirmi masa keçirilib

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə Xəzər rayonunda "Gənclər narkotik" əleyhinə mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada iştirak edən Xəzər Rayon İcra Hakimiyyətinin müavini Arif Balayev, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev, polis idarəsinin əməkdaşı Rəşad Şıxnəbiyev, narkoloji dispanserin əməkdaşı Elçin Aslanov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Səyyarə Nadirova, Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva, "Diskordant" HİV-lə Yaşayan İnsanlara Dəstək İctimai Birliyinin sədri Elçin Mustafayev mövzu barədə gənclərə ətraflı məlumat vermişlər. Dəyirmi masada gənclər tərəfindən verilən suallar cavablandırılmış, mövzu ilə bağlı ətraflı disskusiya aparılmışdır. Maarfləndirmə xarakteri daşıyan tədbir zamanı narkotik maddələrin ağır fəsadları barədə geniş söhbət açılmışdır.
Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun təhsil müəssisələrinin şagirdləri arasında "Azərbaycan gəncləri narkotik əleyhinə" mövzusunda keçirilmiş inşa və rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur. Tədbir iştirakçılarına narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş bukletlər və kataloqlar paylanmışdır.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında