Kənd yerlərinin içməli su təchizatı yaxşılaşdırılır

Son zamanlar ölkəmizin bütün regionlarında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilir. Ölkənin bütün şəhər və rayon mərkəzlərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin icrası getdikcə sürətləndirilir. Bütün bunlarla yanaşı, kənd yaşayış məntəqələrində yaşayan əhalinin su təchizatının yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, 2011-ci ildə bir neçə rayonda yeni layihələrin icrasına başlanılmışdır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Balakən rayonunun Tülü və Hənifə kəndlərinin su təchizatı sistemləri istismara verilmişdir. Bununla bağlı keçirilən təntənəli tədbirdə "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin sədri Etibar Məmmədov bildirmişdir ki, hazırda ölkənin iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Balakən rayonunun Hənifə kəndinin içməli su problemi öz müsbət həllini tapmışdır. Belə ki, əhalinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə Hənifə kəndində 1ədəd artezian quyusu qazılmış, 2350 metr uzunluğunda su xətti çəkilmişdir. Eyni zamanda, Tülü kəndinin su təchizatının yaxşılaşdırılması üçün də müvafiq işlər görülmüşdür. Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün adı çəkilən kənddə 1 ədəd subartezian quyusu qazılmış, tutumu 10 kubmetr olan su çəni quraşdırılmış və 750 metr uzunluğunda su xətti çəkilmişdir. "Azərsu" ASC-nin daxili imkanları hesabına görülən işlər nəticəsində Hənifə və Tülü kəndlərinin içməli sudan əziyyət çəkən 600 nəfərdən artıq sakininin problemi həll olunmuşdur. "Azərsu" ASC-nin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Şamaxı rayonunun Sabir qəsəbəsində də su təchizatı sisteminin istismara verilməsi ilə əlaqədar açılış mərasimi keçirilmişdir.
"Birləşmiş Sukanal" MMC-nin sədri Etibar Məmmədovun sözlərinə görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Sabir qəsəbəsində subartezian quyusu qazılmış, uzunluğu 2 kilometrdən artıq müxtəlif diametrli su xətti çəkilmişdir. Layihənin icrası müddətində suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün məhəllədaxili xətlərin vəziyyəti yoxlanılmış və abunəçilər üçün sayğaclar quraşdırılmışdır. "Azərsu" ASC-nin daxili imkanları hesabına görülən işlər nəticəsində qəsəbənin 3 min nəfərdən artıq sakininin içməli su təminatı yaxşılaşmışdır.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında