Novruz MƏMMƏDOV: Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarı ədalətsizdir

{nl}

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarı ədalətsiz adlandırmışdır:
"Biz qeyd etmişik ki, bu qərar ədalətli deyil. Bu, əslində bu gün Fransanın özünün demokratik bir dövlət, cəmiyyət kimi imicinə təsir göstərir, fikir azadlığının, mövqe azadlığının həddindən artıq məhdudlaşması deməkdir".
Trend-in məlumatına görə, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında qeyd etmişdir ki, Fransa parlamentinin qərarı münasibətlərimizə şübhəsiz ki, təsir edə bilər.
"Hələlik bu, Fransa parlamentinin bir palatasında qəbul edilən qərardır. Bir qədər gözləmək lazımdır. Əks halda, adekvat addımlar şübhəsiz ki, atıla bilər".
Dekabrın 22-də Fransa parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında