Siyəzən rayonunda törədilmiş qətl hadisəsinin üstü açılmışdır

Cari il dekabrın 3-də Siyəzən rayonunun Qırçal kəndi ərazisində döş qəfəsinin ön və arxa səthlərində çoxsaylı kəsici-deşici xəsarətləri olan 20-25 yaşlarında naməlum kişi meyiti aşkar edilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi saytına istinadla xəbər verir ki, Siyəzən Rayon Prokurorluğunda həmin tarixdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və iş üzrə istintaq qrupu yaradılmışdır.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, öldürülən şəxs 1991-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Vəliyev Elvin Vəli oğludur.
İstintaqla, həmçinin müəyyən edilmişdir ki, Siyəzən şəhər sakini, 1983-cü il təvəllüdlü Camalov Natiq Cavanşir oğlu Elvin Vəliyevlə əvvəllər aralarında baş vermiş münaqişəyə görə onu qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə dekabrın 2-də Bakı şəhəri, Binə qəsəbəsində kirayədə birgə yaşadığı həmyerlisi 1989-cu il təvəllüdlü Bəkirov Vüqar Lazım oğlu ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Elvin Vəliyevin avtomaşınına əyləşərək sonuncudan onları Siyəzən şəhərinə aparmağı xahiş etmişdir. Şəhərə çatdıqdan sonra Natiq Camalov Elvin Vəliyevə kəndə köçdüklərini deyərək avtomobili hadisənin baş verdiyi Qırçal kəndinə sürdürmüş və kəndə çatmamış yolun kənarında avtomobili saxladaraq Elvin Vəliyevi avtomobildən düşürüb ona üstündə olan bıçaqla zərbələr vurmağa başlamışdır. Sonuncu müqavimət göstərdiyindən onlar birlikdə Elvin Vəliyevi yerə yıxmış, daha sonra isə Natiq Camalov yenidən çoxsaylı bıçaq zərbələri vurmaqla onu qəsdən öldürərək avtomobilini ələ keçirmişlər.
Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində N.Camalov və V.Bəkirov dekabrın 21-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşlar.
Cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 120.2.1-ci, 120.2.4-cü və 120.2.5-ci maddələrinə tövsif edilərək N.Camalov və V.Bəkirova qeyd edilən maddələrlə ittiham elan edilmişdir.
Hazırda rayon prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında