"Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi

{nl}

Dekabrın 22-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" ("The President of Azerbaijan: His struggle for peace and vision of the future") kitabının təqdimatı olmuşdur. Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, ziyalılar, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Tanınmış müəllif Qrem Uilsonun "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabı ingilis dilində nəşr olunmuşdur. Kitabın dünyada tanınmış bir müəllif olan Qrem Uilson tərəfindən yazılması bir daha sübut edir ki, bu gün artıq bütün dünya Azərbaycan Prezidenti İlham Əliyevi XXI əsrin lideri kimi görür və onun həyata keçirdiyi daxili və xarici siyasət dünyanın aparıcı ölkələri tərəfindən də qəbul olunur.
Kitabda Azərbaycanın qədim zamanlardan bu günədək olan tarixi əks olunur. Nəşrdə qədim zamanların tarixi, 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin tərcümeyi-halları, onların həyat və fəaliyyətləri yer almışdır. Əsərdə qlobal proseslər təhlil olunur, burada Xocalı faciəsi, 20 Yanvar hadisələri haqqında da həqiqəti əks etdirən ətraflı məlumatlar verilir.
Müəllif bu kitabı yazarkən ciddi araşdırmalar aparmış, bir çox şəxslərlə görüşmüşdür. Nəşrdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi vaxtadək olan hadisələr əksini tapmışdır. Müəllif Qrem Uilson iyirmiyədək görkəmli şəxs və dünyanın iri şirkətləri haqqında dərc edilən nəşrlərin müəllifidir. Onun ssenariləri əsasında "Discovery", "National Geographic" kanallarında filmlər çəkilmişdir.
Təqdimat mərasimi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə qazanılmış nailiyyətlərdən bəhs edən "2003-2011-ci illərdə Azərbaycan" adlı videoçarxın nümayişi ilə başlanmışdır.
Mərasimdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış edərək bildirmişdir ki, kitab böyük siyasi və dövlət xadiminin - Prezident İlham Əliyevin həyat yolunu və malik olduğu dəyərləri, Azərbaycanın qədimdən bəri siyasi tarixini və inkişaf perspektivlərini əks etdirən sanballı əsərdir.
Akademik Ramiz Mehdiyev keçən illərin siyasi yekunlarına nəzər salmışdır. Bildirmişdir ki, bu yekunlar bir daha aşkar şəkildə göstərir ki, həm zaman, həm də qazanılan siyasi kapital - ideyalar, resurslar, kadrlar Azərbaycanın xeyrinə işləyir, dövlətin möhkəmlənməsinə xidmət edir. Ən başlıcası isə həmin resursların düzgün istifadəsinə qərar verən siyasi lider amilidir. Ramiz Mehdiyev vurğulamışdır ki, nail olduğumuz qələbələrin, Azərbaycanın beynəlxalq uğurlarının, regionda və dünyada dinamik inkişaf edən ölkə imicinin nə qədər çətin məqamda əldə olunması yeni zamanın lideri obrazını gözümüz önündə canlandırır. Ətrafdakı ölkələrin fasiləsiz gərginlik ocağına, bölgədə sabitlik üçün təhlükə mənbəyinə çevrildiyi çətin şəraitdə Azərbaycan inkişaf, əməkdaşlıq və qlobal təhlükəsizliyin yeni modelini dünyaya təqdim edir.
Prezident Administrasiyasının rəhbəri vurğulamışdır ki, 2003-2011-ci illərdə sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində əldə edilən yüksək və davamlı sosial-iqtisadi göstəricilərin arxasında Prezident İlham Əliyevin siyasi iradəsi, zəhməti və fədakarlığı dayanır.
Siyasi, iqtisadi uğurlarımızdan danışan akademik Ramiz Mehdiyev bildirmişdir ki, son on il tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün parlaq başlanğıcı və uğurlu illəri kimi yadda qalacaqdır.
Akademik Ramiz Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyev bölgədə sülhə nail olmaq və Cənubi Qafqazı dünyanın ən sabit və inkişaf etmiş hissəsinə çevirmək üçün öz səylərini davam etdirir. Təsadüfi deyildir ki, kitabın adı da "Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" adlanır.
Prezident Administrasiyasının rəhbəri vurğulamışdır ki, Prezident İlham Əliyevin zəkası, istedadı və uzaqgörənliyi Azərbaycan xalqına işıqlı yol açmış, onun sayəsində bu gün ölkəmiz regionun lideri statusunu qazanmış və dünya dövlətləri birliyində layiqli yer tutmuşdur. İlham Əliyevi fərqləndirən keyfiyyət ondan ibarətdir ki, onun humanistliyi, mədəniyyəti və təvazökarlığı ətrafında olanlar üçün örnəkdir. Azərbaycanın bugünkü reallığı onu göstərir ki, Prezident İlham Əliyevin simasında biz yeni milli lider tipi müşahidə edirik. Bu, Azərbaycan dövlətçiliyi tarixində yeni fenomendir.
- Mənim üçün burada, bu tədbirdə iştirak etmək çox xoşdur. Bu kitab İlham Əliyev haqqında xarici dildə olan ilk kitabdır, - deyən müəllif Qrem Uilson bildirmişdir ki, əsərdə Azərbaycan Prezidenti İlham Əliyevin həyatı və siyasi fəaliyyəti əks etdirilmişdir və bu cür kitab çoxdan lazım idi. Kitabda Azərbaycanın uğurlarının əks olunduğu diqqətə çatdıran Qrem Uilsonun sözlərinə görə, ölkədə bir milyon qaçqın və məcburi köçkünün olduğu halda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın bu cür inkişafı təqdirəlayiqdir.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar və Xocalı faciələri barədə məlumatlıyıq, - deyən müəllif Azərbaycanın ərazisinin 20 faizinin işğala məruz qalmasına baxmayaraq həm daxili, həm də xarici siyasətdə əldə edilən uğurlardan bəhs etmişdir. Ümummilli lider Heydər Əliyev barədə də kitabda maraqlı məlumatların olduğunu deyən Qrem Uilson Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə və kitabın ərsəyə gəlməsində əməyi olan digər şəxslərə minnətdarlığını bildirmişdir.
Müəllif vurğulamışdır ki, gələn il bu kitab on min nüsxələrlə nəşr ediləcək və dünyanın hər yerinə göndəriləcəkdir. Kitabı yazdığı dövrdə ölkəmizə dəfələrlə səfər etdiyini deyən müəllif Prezident İlham Əliyev ilə görüşdüyünü, onun çox səmimi, dərin təfəkkürə sahib, həqiqəti sevən və gözəl insan olduğunu bildirərək demişdir: "Arzu edirəm ki, gələn dəfə Prezident İlham Əliyevdən müsahibəni Şuşada, Dağlıq Qarabağda alım".
Sonra kitab haqqında film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Türkiyənin Bilkənd Universitetinin prezidenti Əli Doğramacı təklif etmişdir ki, bu kitab gələcəkdə Azərbaycan dilinə tərcümə olunsun və internetdə yerləşdirilsin. Kitabın çox maraqlı olduğunu deyən Bilkənd Universitetinin prezidenti dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini bildirmişdir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin demişdir ki, belə qiymətli kitabı ərsəyə gətirmək çox şərəfli və çətin işdir. Səfir vurğulamışdır ki, burada Azərbaycanın müstəqilliyinin bərpası və ölkəmizin inkişafı barədə maraqlı faktlar vardır. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. MDB ölkələri arasında ən güclü iqtisadi inkişaf tempinə malik olan Azərbaycanın inkişafı və tərəqqisi bu gün hamının gözü önündədir, - deyən Vladimir Doroxin respublikamızın bugünkü uğurlarında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlatmış və ümummilli liderin siyasi kursunun bu gün uğurla davam etdiyini vurğulamışdır. Səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini ölkəmizin xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirmişdir.
Diplomat kitabda Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayrıldığını və rəsmi Moskvanın münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı olduğunu demişdir.
Daha sonra ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə çıxış edərək demişdir ki, mən bu kitabı sevdim. Burada Prezident İlham Əliyevin uğurlu fəaliyyəti geniş əksini tapmışdır. Səfir demişdir ki, dövlətimizin başçısı İlham Əliyev ilə dəfələrlə görüşməsindən şərəf hissi duyur. Mən həmişə ona çox maraqlı insan kimi baxmışam. İlham Əliyev çox güclü intellektual biliyə malik olan şəxsiyyətdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün hərtərəfli inkişaf etdiyini və bütün sahələrdə uğurların qazanıldığını deyən diplomat ölkəmizin beynəlxalq və regional əhəmiyyətli layihələrdə iştirakını xüsusi vurğulamışdır.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında