Saxta sənədlər əsasında vizaların alınmasını təşkil edən cinayətkar dəstə ifşa edilmişdir

Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən bildirmişlər ki, uzun müddət saxta sənədlər tərtib etməklə Bakı şəhəri və respublikanın digər regionlarından olan vətəndaşlara vizalar almaqla xarici ölkələrə səfərlər təşkil edən, habelə digər qanunsuz fəaliyyətlə məşğul olan cinayətkar dəstə ifşa edilmişdir.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət üzrə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətkar dəstənin üzvlərindən olan Bakı şəhərində yerləşən "Euro Azia Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Yusifov İlqar Kərim oğlu turizm şirkətinə müraciət etmiş Bakı şəhər sakini Abbasov Natiq Abbas oğluna saxta sənədlər əsasında "Şengen" vizasının əldə edilməsini təşkil edəcəyi vədi ilə sonuncudan 3 min manat pulu xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, fəaliyyət göstərdiyi müddət ərzində cinayətkar dəstə tərəfindən bir çox vətəndaşa rüşvət müqabilində dövlət və özəl müəssisələrdə işləmələri, yüksək əmək haqqı almaları barədə saxta arayışlar, saxta mehmanxana və təyyarə bilet bronları, həmçinin böyük məbləğdə pul vəsaitlərini təsdiq edən müxtəlif saxta bank arayışları hazırlanmaqla Avropa ölkələrinə səfər etmək məqsədi ilə vizaların alınması təşkil edilmişdir.
"Euro-Azia-Az" MMC-nin Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən ofislərinə və İ.Yusifova məxsus mənzilə keçirilmiş baxış zamanı şirkətin xəzinəsinə mədaxil olunmamış külli miqdarda pul, vətəndaşlara məxsus ümumvətəndaş pasportları, müxtəlif dövlət və özəl təşkilatlara məxsus imzalı və möhürlü boş blanklar, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülmüşdür.
İstintaqla həmçinin müəyyən edilmişdir ki, İ.Yusifovun mənzilində aşkar edilərək götürülmüş müxtəlif şəxslərə məxsus çoxsaylı ümumvətəndaş pasportlarının sahiblərindən 19-u ölkə hüdudlarını tərk edərək Avropa ölkələrinə getmiş, saxta sənədlər əsasında Azərbaycan Respublikasını tərk edərək Avropa dövlətlərində məskunlaşmış vətəndaşlardan 3 nəfəri isə deportasiya edilmişdir.
İ.Yusifov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilməsi və dəstə tərəfindən törədilmiş digər cinayətlərin açılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında