Qafqaz Müsəlmanları İdarəsində Qafqaz Xalqları Ali Dini Şurasının iclası olmuşdur

Qafqaz Müsəlmanları İdarəsində Qafqaz Xalqları Ali Dini Şurasının iclası olmuşdur. Şeyxülislam hacı Allahşükür Paşazadə ilin yekunları barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Hesabatda qeyd edilmişdir ki, başa çatmaqda olan ilin mühüm tədbirlərindən biri may ayında Qafqaz Xalqları Ali Dini Şurasının Bakıda keçirilən iclası olmuşdur. Prezident İlham Əliyev həmin iclasın iştirakçılarını qəbul etmiş və Şuranın fəaliyyətini yüksək qiymətləndirmişdir.
Bakı iclasında Qafqazın din xadimlərinin BMT-yə Müraciəti qəbul edilmişdir. Həmin sənəddə Qafqazın problemlərinə, o cümlədən Dağlıq Qarabağ probleminə münasibətdə ikili standartlar pislənmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri özünün bu yaxınlarda Yerevana səfəri, orada Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə Ermənistanın dini lideri ilə görüşməsi barədə də məlumat vermiş, qeyd etmişdir ki, bu görüşdən məqsəd Qarabağ probleminin dinc yolla həllinə və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına kömək etmək idi.
Şeyxülislam qarşılıqlı hörmət və etimada görə Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinə, o cümlədən xristian və yəhudi konfessiyalarının başçılarına təşəkkürünü bildirmişdir.
A.Paşazadə demişdir: "Şuranın Bakıda toplaşması Qafqazda dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa nail olmağımıza sübutdur. Bu məsələdə region dövlətlərinin tarazlaşdırılmış, xalqların mənafelərinə cavab verən addımlar atması olduqca vacibdir. Məhz bu siyasət ümummilli lider Heydər Əliyev irsinin və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətinin mahiyyətini təşkil edir".
Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının başçısı Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov, Bakıdakı Roma Katolik Kilsəsinin başçısı Vladimir Fekete, habelə Çeçenistan Respublikasının, Dağıstanın, Adıgey Respublikasının, Şimali Osetiyanın müftiləri, QMİ-nin Dərbənddəki nümayəndələri Şuranın iclasının işində iştirak etmişlər.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında