Türkiyə parlamentinin sədri TürkPA-nın Hüquq məsələləri daimi komissiyasının üzvlərini qəbul etmişdir

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Ankarada keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq məsələləri daimi komissiyasının iclasının iştirakçılarını qəbul etmişdir.  
Görüşdə TürkPA-nın baş katibi Ramil Həsənov, daimi komissiyanın sədri Haluk İpək, Azərbaycan Milli Məclisinin deputatları Çingiz Qəniyev və İqbal Ağazadə, Qazaxıstan, Qırğızıstan və Türkiyənin millət vəkilləri iştirak etmişlər.
Cəmil Çiçək bildirmişdir ki, TürkPA qardaş ölkələrin qanunverici orqanları arasında əməkdaşlığı gücləndirən mühüm bir qurumdur. Təşkilata üzv olan dörd ölkənin parlamentariləri təcrübə mübadiləsi aparırlar. Bu baxımdan, milli konstitusiyaların bu ölkələrin dillərinə tərcümə edilməsi, onların təkmilləşdirilməsi də əhəmiyyətlidir.
Haluk İpək iclasın yekunları haqqında parlamentin spikerinə ətraflı məlumat vermişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında