Çexiyanın Bakıdakı səfirliyində "Matəm kitabı" açılmışdır

Dekabrın 21-də Çexiyanın Bakıdakı səfirliyində Çexiya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Vatslav Havelin vəfatı ilə bağlı "Matəm kitabı" açılmışdır.
Mərasimdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle, Azərbaycanın hökumət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Matəm kitabı dekabrın 21-22-də açıq olacaqdır.
Çexiyanın keçmiş Prezidenti Vatslav Havel uzun sürən xəstəlikdən sonra dekabrın 18-də, həyatının 76-cı ilində dünyasını dəyişmişdir.
Vatslav Havel 1936-cı ildə Praqada anadan olmuşdur. 1966-cı ildə Praqa Musiqi İncəsənət Akademiyasının teatr fakültəsini bitirmişdir. Sonra V.Havel dissident fəaliyyəti ilə məşğul olmuşdur. O, dəfələrlə həbs edilmişdir.
V.Havel 1989-cu ildə ölkəsində başlanan "məxməri inqilab"a rəhbərlik etmişdir. Sonra "Vətəndaş Forumu" yaratmışdır. O, 1989-cu il dekabrın 29-da keçmiş Çexoslovakiyanın Prezidenti seçilmişdir. V.Havel Çexoslovakiyanın bölünməsinə qarşı çıxsa da, 1992-ci ildə bu dövlət xəritədən silinmişdir.
Vatslav Havel 1993-cü ildə müstəqil Çexiya Respublikasının Prezidenti seçilmiş və on il bu dövlətin başçısı olmuşdur. Sonra V.Havel yenidən ədəbi yaradıcılığını davam etdirmişdir. Onun əsərləri dünya dramaturgiyasının klassikləri sırasına daxil edilmiş və dəfələrlə səhnələşdirilmişdir.
Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Vatslav Havelin vəfatı münasibətilə Çexiya Respublikasında bir həftəlik matəm elan olunmuşdur.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında