Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında müqavilə imzalanmışdır

Dekabrın 21-də Avstriyanın paytaxtı Vyanada Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında müqavilə imzalanmışdır.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat vermişdir. Müqavilə sterilizasiya qurğusunun Azərbaycana verilməsini nəzərdə tutur. Sterilizasiya qurğusu ilə bağlı AEBA-nın elan etdiyi tenderin qalibi Macarıstanın İzotop İnstitutu olmuşdur.
Müqavilə AEBA, Macarıstanın İzotop İnstitutu və AMEA arasında bağlanmışdır. Sənədi Azərbaycan tərəfdən AMEA prezidenti Mahmud Kərimov imzalamışdır.
A.Qəribov demişdir: "Müqaviləyə əsasən, bir il müddətində sözügedən institut sterilizasiya qurğusunu Azərbaycana təqdim edəcək. Azərbaycan tərəfi isə öz növbəsində izotopların gücünü artırmaq üçün əlavə vəsait ödəyib. Artıq həmin vəsait Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabına köçürülüb. Biz bu işi müvəffəqiyyətlə yerinə yetirməyə başlaya bilərik".
Qurğu Azərbaycana gələn il gətiriləcək. O vaxta qədər isə Azərbaycanda sterilizasiya qurğusu üçün bina tikiləcək.
Binanın tikintisinə gələn ilin yanvarında başlanacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında