Banqkokda OANA-nın yubileyi qeyd edilmişdir

Taylandın paytaxtı Banqkokda Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) bu strukturun əlli illik yubileyinə həsr edilmiş iclası olmuşdur. Tədbirin təşkilatçısı Tay Xəbərlər Agentliyi (TXA) olmuşdur.
Azərbaycandan iclasın işində AzərTAc Dövlət Teleqraf Agentliyinin Xarici dillərdə informasiya redaksiyasının baş redaktoru vəzifəsini icra edən Orxan Muradov və agentliyin Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov iştirak etmişlər.
İclasda "MSOT" təşkilatının prezidenti vəzifəsini icra edən, TXA Tay agentliyinin müdiri Sura Qaintanasill, UNESCO-nun Banqkokdakı nümayəndəliyi direktorunun müavini Etyen Klement, OANA-nın prezidenti, Anadolu agentliyinin baş direktoru Kamal Öztürk və Taylandın xarici işlər naziri Suraponq Toviçaknaykul iştirakçıları salamlamışlar.
İştirakçılara təşkilatın 50 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Sonra iclas Türkiyənin Anadolu agentliyinin və TXA Tay agentliyinin sədrliyi ilə "dəyirmi masa" arxasında diskussiya formatında işini davam etdirmişdir. "Dəyirmi masa"nın iştirakçıları regionda informasiya mübadiləsində OANA-nın rolu, dünya informasiya məkanında təşkilatın yeri, qlobal çağırışlar və s. barədə fikir mübadiləsi etmişlər.
AzərTAc-ın nümayəndə heyəti müzakirə olunan məsələlər barədə öz rəyini bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan agentliyi OANA-nın əsas məqsədlərinə sadiq qalır. 2004-cü ildə təşkilata daxil olmuş AzərTAc onun ən fəal üzvlərindən biridir. Agentlik OANA-nın saytındakı yenilikləri diqqətlə izləyir, eyni zamanda, dünya ictimaiyyətinin səmərəli islahatlar sayəsində regionun liderinə çevrilmiş Azərbaycanın gerçəklikləri, nailiyyətləri barədə məlumatlandırılması işində təşkilatın platformasından fəal istifadə edir. AzərTAc intellektual dəyərlərə, informasiya mübadiləsi sahəsində tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə və s. xüsusi diqqət yetirir. Qeyd edilmişdir ki, son vaxtlar agentlik multimedia texnologiyalarından fəal istifadə edir və bu sahədə mühüm tərəqqiyə nail olmuşdur. AzərTAc-ın nümayəndə heyəti OANA-nın üzvü olan agentlikləri media bazarında qurumun mövqelərini möhkəmləndirmək üçün sosial şəbəkələrdən fəal istifadə etməyə çağırmışdır.
Müzakirələrin yekunları üzrə "OANA-nın 50 illiyinə həsr olunmuş etika tövsiyələri haqqında bəyannamə" qəbul edilmişdir. Türkiyənin Anadolu agentliyi tərəfindən hazırlanmış bəyannamənin layihəsində müharibələrin, münaqişələrin və təbii fəlakətlərin işıqlandırılması zamanı agentliklərin əməl etməli olduqları prinsiplər göstərilmişdir.
Xatırladırıq ki, OANA 1961-ci il dekabrın 22-də BMT-nin və UNESCO-nun təşəbbüsü ilə Asiya milli informasiya agentliklərinin konfransında təsis edilmişdir. Təşkilatın nizamnaməsinə görə, onun məqsədi Asiya və Sakit okean ölkələri arasında informasiya mübadiləsinin genişləndirilməsi və asanlaşdırılması, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında informasiya axını sahəsində tarazlığın aradan qaldırılmasında iştirak etməkdir. Hazırda OANA-ya Asiya və Sakit Okean regionunun 35 ölkəsinin 44 agentliyi daxildir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında