MDB iştirakçısı olan dövlətlərin jurnalistlərinin tarixi-mədəni irsin qorunub saxlanması mövzusunda müsabiqəsinin yekunları elan edilmişdir

MDB iştirakçısı olan dövlətlərin jurnalistlərinin tarixi-mədəni irsin: maddi və qeyri-maddi mədəniyyət abidələrinin, şəhər yerlərinin, tarixi-mədəni qoruqların, xalq tətbiqi sənətinin yaradıcılığının qorunub saxlanması mövzusunda müsabiqəsinin yekunları elan edilmişdir. 
Xatırladaq ki, Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc tərəfindən 2011-2012-ci illərdə MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində prioritet tədbirlər planı çərçivəsində keçirilmiş bu müsabiqəyə cari ilin mart ayının 12-də start verilmişdir.
Müsabiqəyə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Ukraynadan olan jurnalistlərin 132 işi təqdim edilmişdir.
Müsabiqə işləri MDB-nin aparıcı informasiya agentliklərinin (İTAR-TASS, BELTA, Ukrinform, Kazinform və AzərTAc) beş əməkdaşından ibarət nüfuzlu beynəlxalq münsiflər heyəti tərəfindən kollegial şəkildə qiymətləndirilmişdir. Münsiflər heyətinin sədri AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.
Müsabiqənin yekunlarına əsasən qaliblər müəyyən edilmişdir. Özbəkistan Respublikası Nazirlər Kabinetinin "Pravda Vostoka" qəzetinin elm, təhsil və səhiyyə şöbəsinin müdiri Ramil İslamov "Nadir dəyərlər xəzinəsi" məqaləsinə, habelə Özbəkistanın ənənələri və mədəniyyəti haqqında silsilə işlərinə görə müsabiqədə birinci yeri tutmuşdur. İkinci yeri Azərbaycanın Aze.az informasiya portalının redaktoru Nadiyə Qafarova "Tağıyev: ola bilər ki, biz arxeoloji sensasiya astanasındayıq" sərlövhəli müsahibəyə görə tutmuşdur. Ukraynanın Volınsk vilayətində çıxan "Volyn Times" ictimai-siyasi qəzetin baş redaktoru İrina Kuninets "Həyat karuseli" adlı məqaləsinə görə üçüncü yeri tutmuşdur.
Yelena Koemetsin ("Karavan" həftəliyi, Qazaxıstan) "Abidəni xilas edin", Olesya Bolışovanın ("Molodyojnı vestnik" qəzeti, Lipetsk, Rusiya) "Romanovlar ənənələrinin mühafizləri", Andrey Osmolovskinin ("Komsomolskaya pravda" v Belorussii", Minsk) "Belaruslar öz əcdadlarını nə üçün yandırmışlar" adlı işləri həvəsləndirici mükafatlarla qeyd edilmişdir.
Müsabiqənin qaliblərinin materialları ilə AzərTAc-ın rəsmi saytında tanış ola bilərsiniz.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında