Müsabiqəyə yekun vurulsa da istedadlar hələ tükənməyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-2011-ci illərdə gənc istedadların üzə çıxarılması haqqında müvafiq sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində bu gün də ölkəmizdə bir sıra mühüm tədbirlər keçirilməkdədir. Sabunçu Rayon İcra Hakimiyyəti və ARDNŞ Sosial İnkişaf İdarəsi Mədəniyyət və İstirahət İşləri Departamentinin, eləcə də Adil İsgəndərov adına Sabunçu rayon mədəniyyət sarayı rəhbərliyinin birgə səyi ilə bu işə sentyabrın 26-da start vermişdir.
- "İstedad - 2011" mahnı, bədii qiraət, təsviri sənət, rəqs və incəsənətin digər növləri üzrə müsabiqə də belə tədbirlərdəndir. Müsabiqəyə qoşulmuş 12 orta məktəbin 500-dən artıq yeniyetmə və gəncinə öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı verilmişdi. Münsiflər heyəti hər bir ifaçıya fərdi yanaşaraq son dərəcə obyektiv qiymət verməyə çalışmışdır.
Üç seçim turundan ibarət bu müsabiqədə yekun konsertə vəsiqə alanların, daha doğrusu, bəxti gətirənlərin sayı 51-i keçmədi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bu möhtəşəm tədbirə bu günlərdə A.İsgəndərov adına mədəniyyət sarayında yekun vuruldu. Tədbirdə respublikanın tanınmış incəsənət xadimləri, elm və sənət adamları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət sarayının direktor müavini Zahid Abbasov 50 illik tarixə malik bu qədim sənət ocağından, onun bu illər ərzində qazandığı uğurlardan danışdı. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Cəmilə Ramazanova çıxışında belə müsabiqələrin keçirilməsinin vacibliyini xüsusi qeyd edərək bu yönümdə gənc istedadlara daim yardımçı olacaqlarına söz verdi. Çıxışının sonunda Cəmilə xanım ölkə başçımızın gənc istedadlara, incəsənətə, mədəniyyətə göstərdiyi diqqət və qayğı ilə yanaşı, bu sahədə çalışan, öz əməyini əsirgəməyən insanları da yaddan çıxarmadığını dedi. Bu günlərdə möhtərəm Prezidentin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş sarayın direktoru Hacı Əliyevin buna misal olduğunu dedi və onu təbrik etdi.
Çıxış üçün söz alan sarayın direktoru da bu yüksək təltifə görə dövlət başçımıza öz təşəkkürünü bildirdi. Belə tədbirlərin bundan sonra mütəmadi olaraq rayonun digər qəsəbələrində də keçiriləcəyinə söz verdi . Rəsmi hissə qaliblərin mükafatlandırılması, diplom, fəxri fərman və digər qiymətli hədiyyələrin təqdimatı ilə başa çatdı. Sonra qaliblərin yekun konserti oldu.

{nl}

Rafiq SALMANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında