İstanbulda Azərbaycan bankının təmsilçiliyi açılmışdır

Türkiyənin İstanbul şəhərində Azərbaycan bankı - "Texnikabank"ın təmsilçiliyinin açılışı olmuşdur. 
Açılış mərasimində çıxış edən bankın idarə heyətinin sədri Etibar Əliyev bildirmişdir ki, Azərbaycanda Prezident İlham Əliyevin apardığı düşünülmüş iqtisadi siyasət nəticəsində ölkədə bank-maliyyə sistemi güclənməkdədir. Ölkəmizin beş iri bankından biri olan "Texnikabank" da qardaş Türkiyənin bir sıra özəl bankları ilə əməkdaşlığını davam etdirmiş və bunun nəticəsi olaraq dünyanın maliyyə mərkəzlərindən birinə çevrilən İstanbulda təmsilçilik açılmışdır.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxışında bildirmişdir ki, hazırda Türkiyədə minə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanın özəl bankının İstanbulda təmsilçiliyinin açılması da burada fəaliyyət göstərən şirkətlər üçün əlamətdar bir hadisədir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında