ABŞ-ın Azərbaycandakı səfiri Mərkəzi Seçki Komissiyasında olmuşdur

Dekabrın 20-də ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşdür. 
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səmimi qəbula görə təşəkkürünü bildirən səfir qeyd etmişdir ki, ABŞ Azərbaycanın dostu olaraq bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlıdır.
MSK sədri Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın ölkəmizdəki səfirliyi ilə rəhbərlik etdiyi qurum arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirərək vurğulamışdır ki, demokratiyanın inkişafı ilə bağlı hər iki tərəfin fikirləri üst-üstə düşür. Sədr səfirin xahişi ilə Azərbaycan Respublikasının seçki sistemi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə əlavə, təkrar və yeni seçkilər barədə məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında