"Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar" kitabı çapdan çıxmışdır

Filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyevin iki cilddən ibarət "Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar" kitabı işıq üzü görmüşdür.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən bildirmişlər ki, birinci cilddə (1985-2000-ci illər) XX əsr Azərbaycan tənqidində klassik poeziya, eyni zamanda, yeni şeir haqqında estetik konsepsiyanın formalaşması məsələləri öz əksini tapır. İkinci cild (2000-2010-cu illər) dövri mətbuatda çıxan materialları əhatə edir.
Kitablara, həmçinin professor Ş.Vəliyevin müxtəlif illərdə nəşr olunmuş monoqrafiya, portret-oçerk, elmi-nəzəri və publisistik məqalə, resenziya, müsahibə, məktub və şəxsi arxivindən seçmələr daxildir. Bu əsərlərdə mətbuat və jurnalistikanın dünəni və bu günü haqqında söhbət açılır, ədəbi tənqid və poeziya barədə araşdırmalar əsaslı yer tutur, zəngin fakt, hadisə, şəxsiyyət və problemlər kontekstində irs-varislik əlaqələri tədqiq olunur.
"Elm və təhsil" nəşriyyatında çapdan çıxmış kitabın redaktoru filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında