Vətəndaşların etibarından sui-istifadə edərək aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul olan şəxslər ifşa olunmuşlar

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanmışdır.
Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər sakini, 1981-cı il təvəllüdlü Ağacanov Elçin Tapdıq oğlu özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşının (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) etibarından sui-istifadə edərək ona 50 min manat pul müqabilində Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyi barədə yalan vəd vermişdir. Elçin Ağacanov bu məqsədlə Bakı şəhəri, Bayıl qəsəbəsinin ərazisində yerləşən restoranların birində həmin vətəndaşın 50 min manat pulunu ələ keçirməyə cəhd edərkən cinayət başında yaxalanmışdır.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməyə cəhd) maddəsi ilə cinayət işi başlanılmış, Elçin Ağacanov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Cavadov İlqar Məcnun oğlu ifşa edilmişdir.
Belə ki, Azərbaycan Respublikasının vətəndaşı (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciətində göstərmişdir ki, İlqar Cavadov onu Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyi barədə yalan vəd vermiş, bunun üçün 80 min manat pul istəmiş və aralarında olan sövdələşməyə görə ilkin ödəniş kimi 5 min manat verilməsi barədə razılaşmışlar.
Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki kafelərin birində ilkin ödəniş kimi 5 min manat pulu ərizəçidən alarkən hal şahidlərinin iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində İlqar Cavadov cinayət başında yaxalanmışdır.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılmış, İlqar Cavadov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işləri üzrə bütün halların araşdırılması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Elçin Ağacanovun və İlqar Cavadovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Milli Təhlükəsizlik Nazirliyinin ərazi orqanlarına müraciət etmələri xahiş olunur.
Əlaqə telefonları: 440-81-58 və 405-99-99.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında