Azərbaycan Müdafiə Sənayesi Nazirliyi gələn il irimiqyaslı modernləşdirmə layihələrinə başlayacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Silahlı Qüvvələrin xaricdən texniki asılılığını aradan qaldırmaq məqsədilə gələn il irimiqyaslı modernləşdirmə layihələrinə başlamaq niyyətindədir.
APA-ya MSN-dən verilən məlumata görə, hazırda nazirliyin müəssisələrində məhdud sayda olsa da, bəzi atıcı silahların təmiri və hərbi texnikaların modernləşdirilməsi layihələri həyata keçirilir. MSN inkişaf proqramına uyğun olaraq, əsasən SSRİ istehsalı olan, hazırda müasir standartlara cavab verməyən döyüş və aviasiya texnikalarının modernləşdirilməsinə başlayacaq. Hazırda bu proqramların reallaşdırılması üçün MSN tərəfindən Türkiyə, İsrail, Ukrayna və Cənubi Afrika şirkətləri ilə müzakirələr aparılır.
Nazirliyin yaxın perspektivdə həyata keçirməyə çalışdığı ən böyük modernləşdirmə layihəsi Silahlı Qüvvələrin inventarından çıxarılmış köhnə tank modelləri və tırtıllı döyüş maşınlarının bazasında yeni nəqliyyat vasitələrinin yaradılmasıdır. Layihə çərçivəsində 250-dən artıq "T-55" tankının şassisi üzərində yeni döyüş texnikalarının yaradılması mümkündür.
Modernləşmədən sonra texnikaların üzərinə MSN-in CAR-ın Emerging World Technologies (EWT) şirkəti ilə birgə istehsal etdiyi "Şimşək" atış-kontrol sistemi ilə təchiz edilmiş yeni qüllə qurulacaq. Artıq bu qüllə "BTR-70" tipli transportyorların üzərində qurularaq sınaqdan keçirilib. Qüllə analoqlarından 360 dərəcə fırlanması və 90 dərəcəlik bucaq altında atəş aça bilməsi ilə fərqlənir. Bu qülləyə 23 mm "ZU-23" və ya 30 mm "2A42" topunu inteqrasiya etmək mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında