Azərbaycanın inkişafı yolunda görülən işlər və həyata keçirilən layihələr təqdirəlayiqdir

Dekabrın 20-də Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytman ilə görüşmüşdür.
Görüşdə nazir FHN və onun strukturuna daxil olan qurumlar, nazirlik tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir.
FHN-dən bildirmişlər ki, nazir həmçinin, hər iki ölkə arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlərdən söhbət açmışdır.
Səfir hazırda Azərbaycanın inkişafı yolunda görülən işlərin və həyata keçirilən layihələrin təqdirəlayiq olduğunu qeyd etmiş, ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Görüşün sonunda qonaq nazirliyin Multimedia Mərkəzi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin böhranların idarə edilməsi zalı və əməliyyat otağının fəaliyyəti ilə yaxından tanış olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında