Qaçaqmalçılıq yolu ilə 384 karata yaxın brilyant daşları Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanmışlar

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində dövlətin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasının qarşısı alınmış, qaçaqmalçılıq yolu ilə 384 karata yaxın brilyant daşları Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanmışlar.
MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Azər Ağa oğlu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində aldığı külli miqdarda brilyant daşları qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirərək Azərbaycana gətirmişdir.
Azər Mehdiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük sərhədini keçdikdən sonra avtomobil dayanacağında yaxalanmış və baxış zamanı ona məxsus əşyaların içərisində külli miqdarda dəyəri olan 190,12 karat brilyant daşlar aşkar edilərək götürülmüşdür.
MTN-in bu istiqamətdə həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində külli miqdarda dəyəri olan brilyant daşları və qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirmiş Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Hafiz Əliqara oğlu saxlanılmışdır.
Müəyyən edilmişdir ki, Hafiz Abdullayev Qazax rayonundakı "Sınıq Körpü" gömrük postundan keçərək Gürcüstanın Tbilisi şəhərindən təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə "İstanbul-Dehli" aviareysi ilə Hindistana getmişdir. Hafiz Abdullayev Dehli şəhərində əldə etdiyi qızıl-brilyant məmulatlarını gizlədərək eyni marşrutla geri qayıtmış və "Sınıq Körpü" gömrük postundan qaçaq yolla keçirib Azərbaycana gətirmişdir. Lakin Hafiz Abdullayev gömrük postunu keçdikdən sonra Qazax rayonu ərazisində yaxalanmış və baxış zamanı gizli gətirdiyi külli miqdarda dəyəri olan 193,87 karat brilyant daşlar və 3 ədəd "585" əyarlı qızıl üzüklər aşkar edilərək götürülmüşdür.
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci (gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddəsi ilə cinayət işi başlanılmış, Azər Mehdiyev və Hafiz Abdullayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında