Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Şurası Baş katibinin müavini Mod De Bur Bukikkio ilə görüşmüşdür

Mayın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "De-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin 7-ci konfransında iştirak etmək üçün ölkəmizə gələn Avropa Şurasının Baş katibinin müavini Mod De Bur Bukikkio ilə görüşmüşdür.
Qonağı səmimiyyətlə salamlayan Mehriban xanım Əliyeva beynəlxalq konfransda iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə Avropa Şurası baş katibinin müavininə minnətdarlığını bildirmişdir. Azərbaycanın birinci xanımı konfransın əhəmiyyətini qeyd etmiş, burada müzakirə olunacaq məsələlərin aktuallığını vurğulamışdır.
Mod De Bur Bukikkio Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək Bakıda keçirilən beynəlxalq tədbirin vacibliyindən danışmışdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında