Strateji Araşdırmalar Mərkəzi ilə Polşanın aparıcı "beyin mərkəzi" arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Azərbaycanın Polşadakı səfirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Polşanın bir sıra araşdırma mərkəzləri ilə birlikdə dekabrın 12-dən 18-dək Varşavada silsilə tədbirlər keçirmişdir.
SAM-ın direktor müavini Gülşən Paşayevanın rəhbərlik etdiyi, habelə mərkəzin aparıcı ekspertləri Rəşad Kərimov və Vüsal Qasımlının, eyni zamanda, Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi Aygün Hacıyevanın təmsil olunduğu heyət səfər çərçivəsində Polşanın aparıcı araşdırma mərkəzlərindən olan alimlərlə müxtəlif formatda görüşlər keçirmiş, Azərbaycanın uğurları ilə bağlı müzakirələr aparmışlar.
SAM-dan AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri "Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı - Azərbaycan: çağırışlar və perspektivlər" mövzusunda keçirilmiş konfransda, Azərbaycanın Polşadakı səfirliyinin Polşanın Kazimir Pulaski Fondu və Avropa Diplomatik Akademiyası ilə birgə təşkil etdiyi ictimai mühazirələrdə, Polşanın Beynəlxalq Münasibətlər İnstitutu, Marek Karp adına Şərq Araşdırmaları Mərkəzi və Varşava Universitetinin Şərqi Avropa İnstitutunda təşkil olunmuş "dəyirmi masa"larda çıxış etmişlər.
Səfər çərçivəsində SAM və Varşava Universitetinin Siyasi Təhlillər Mərkəzi arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında