İrpendə akademik Zərifə Əliyevanın xatirəsini əziz tuturlar

Kiyevdə səfərdə olan Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Elmira Axundova, Hüseynbala Mirələmov, Rüfət Quliyev və İqbal Məmmədov dekabrın 17-də Azərbaycanın Ukraynadakı səfirliyində olmuşlar.  
Azərbaycan parlamentinin üzvləri Kiyevin peyk şəhəri olan İrpenə getmiş, buradakı Dostluq parkında Azərbaycan xalqının ləyaqətli qızı, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın abidəsi önünə tər çiçəklər düzmüşlər.
Sonra onlar 15 xarici dilin dərindən tədris edildiyi, akademik Zərifə Əliyeva muzeyinin fəaliyyət göstərdiyi 12 nömrəli şəhər orta ümumtəhsil məktəbində olmuşlar.
Məktəbin direktoru Valentina Antonenko qonaqları Azərbaycan dilində salamlamışdır. Direktor akademik Zərifə Əliyeva muzeyini Ukrayna torpağında Azərbaycanın bir parçası adlandırmışdır.
Nümayəndə heyətinin üzvləri muzeyin eksponatları və fotoşəkilləri ilə tanış olmuşlar. Səfir E.Mədətli xoş məramlarına, dünya şöhrətli alim-oftalmoloqun həyat və fəaliyyətinə həsr olunmuş gözəl tərtibatlı mədəniyyət ocağı yaratdıqlarına görə Valentina Antonenkoya, eləcə də buradakı Azərbaycan diasporunun rəhbəri Namiq Quliyevə minnətdarlığını bildirmişdir.
Milli Məclisin deputatlarına məlumat verilmişdir ki, bu tədris müəssisəsi ilə Zərifə Əliyevanın doğma kəndində - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Şahtaxtı kəndində akademikin adını daşıyan məktəblə sıx əməkdaşlıq münasibətləri vardır. Bildirilmişdir ki, gələn il aprelin 28-də, Zərifə xanımın anadan olduğu gün münasibətilə Şahtaxtı kəndindəki məktəbin nümayəndə heyətinin İrpenə səfəri planlaşdırılır.
Valentina Antonenko məktəbə göstərdiyi diqqət və qayğıya görə səfirə minnətdarlığını bildirmişdir. O, diplomatik nümayəndəliyimizin köməyi ilə Bakıya və Naxçıvana səfərlərini xatırlamış, Azərbaycanda keçirdiyi görüşlər haqqında slaydları nümayiş etdirmişdir.
Hüseynbala Mirələmov Valentina Sergeyevnaya Ukrayna dilində "İlham Əliyev. Azərbaycan Prezidentinin portreti" kitabını, Elmira Axundova Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan bəhs edən "Dostlarımın gözəl cəhətləri" adlı yeni oçerklər məcmuəsini, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kəlamlarından ibarət broşüru muzeyə hədiyyə etmişlər.
Həmin gün Milli Məclisin deputatları və səfir Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının iqamətgahında olmuşlar. Burada onlar təşkilatın fəalları ilə görüşmüş, ittifaqın fəaliyyəti barədə videofilmə baxmış, gənclərimizin problemləri ilə maraqlanmış və onlara tövsiyələrini vermişlər.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında