AzərTAc ilə Hindistanın "Press Trust of İndia" xəbər agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev bu ölkənin "Press Trust of İndia" xəbər agentliyinin baş redaktoru M.K.Razdan ilə görüşmüşdür. 
İ.Hacıyev Azərbaycan ilə Hindistan arasında əlaqələr, son illərdə ölkəmizdə gedən sürətli iqtisadi inkişaf prosesləri, dövri mətbuatın vəziyyəti, eləcə də Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) haqqında M.K.Razdana ətraflı məlumat vermişdir.
Diplomat AzərTAc ilə "Press Trust of İndia" agentliyi arasında əməkdaşlığa dair saziş layihəsinin vəziyyəti ilə maraqlanmışdır.
M.K.Razdan "Press Trust of İndia"nın tarixi və fəaliyyəti haqqında məlumat verərək bildirmişdir ki, agentliyin ölkə daxilində 60, xaricdə isə 20 nümayəndəliyi fəaliyyət göstərir.
AzərTAc ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan M.K.Razdan saziş layihəsinə rəy və təkliflərini təqdim etmişdir. O, eyni zamanda, sənədlərin Bakı və Dehlidə mərhələli şəkildə imzalanaraq diplomatik kanallarla mübadiləsi imkanlarına baxılması təklifini də irəli sürmüşdür.
Saziş layihəsinin tezliklə razılaşdırılaraq imzalanmasının vacibliyini vurğulayan M.K.Razdan AzərTAc-ın baş direktoru Aslan Aslanovu Hindistana səfərə dəvət etmişdir.
Sonda M.K.Razdana "İrs" jurnalı və Azərbaycan müsiqilərindən ibarət CD-lər təqdim olunmuşdur.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında