Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri ildən-ilə genişlənir və çoxşaxəli xarakter alır. İstər ölkəmiz, istərsə də qlobal miqyasda baş verən ən mühüm hadisələr daim partiyanın diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.
Bu baxımdan cari ilin dekabr ayının 21-də keçiriləcək mötəbər tədbir yalnız partiya və ölkəmizin ictimai-siyasi həyatı üçün deyil, beynəlxalq miqyasda əhəmiyyətli forumlardandır. Tədbir "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusundadır. Məlum olduğu kimi, modernləşmə yaşadığımız XXI əsrin mühüm çağırışlarındandır, keyfiyyətcə yeni iqtisadi və sosial konyukturanı şərtləndirməkdədir. Dünya ölkələri arasında mövcud olan sosial-iqtisadi inkişaf fərqləri özü ilə bərabər mövcud problemlərə yeni yanaşma tərzi tələb edir. Yoxsulluq, işsizlik, beynəlxalq terrorizm, etnik separatçılıq, ekoloji problemlər, sürətli inkişaf prosesini yaratdığı və həlli vacib olan məsələlərdir.
Tədbirin məqsədi bütün bu problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığ ilə həyata keçirilən tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edəcək.
Mötəbər forumda həmçinin, Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların-Avropa Xalqları Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesia iştirak edəcəklər. Konfransda iki böyük məruzə dinləniləcək və müzakirələr dörd panel iclasında davam etdiriləcək.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında