Azərbaycanın Aktaudakı Baş Konsulluğu gücləndirilmiş iş rejiminə keçmişdir

Konsulluğun inzibati binasının mühafizəsi gücləndirilmişdir

{nl}

Dekabrın 16-da Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində baş vermiş hadisələrlə bağlı Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu tərəfindən bir sıra təxirəsalınmaz və qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Konsulluqdan APA-ya verilən məlumata görə, Manqistau vilayətində çoxsaylı azərbaycanlıların yaşadığını nəzərə alaraq, Baş Konsulluq vilayətin dövlət və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq hadisələrdə azərbaycanlıların iştirakı və ya zərər çəkməsi ilə maraqlanmışdır. Janaozen şəhəri ilə bütün rabitə əlaqələrinin kəsildiyi üçün həmin şəhərdə yaşayan azərbaycanlıların vəziyyəti ilə maraqlanmaq və ehtiyac olduğu təqdirdə onların həmin şəhərdən çıxarılması məqsədilə bir neçə şəxs Janaozenə göndərilmişdir.
Hadisələrin daha da genişlənə biləcəyi və vilayət mərkəzi olan Aktau şəhərində təkrarlana bilmə ehtimallarını nəzərə alaraq, Manqistau vilayətində yaşayan çoxsaylı Azərbaycan diasporunun fəalları, vilayətdə çalışan azərbaycanlı iş adamları Baş Konsulluğa dəvət olunmuşlar. Görüşdə Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov çıxış edərək, hadisələrin genişlənə biləcəyi təqdirdə azərbaycanlıların atacağı addımlar haqqında müvafiq təlimatlar vermişdir.
Hadisələrlə bağlı Baş Konsulluq gücləndirilmiş iş rejiminə keçmiş, həmçinin Qazaxıstan Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliklərin mühafizəsi xidməti ilə razılaşdıraraq, Baş Konsulluğun inzibati binasının mühafizəsi gücləndirilmişdir.
Qeyd edək ki, Manqistau vilayətində hazırda 15 minə yaxın azərbaycanlı yaşayır. Onlardan 1700 nəfəri daimi qeydiyyatda, 2000 nəfərə yaxını isə müvəqqəti qeydiyyatda olan Azərbaycan vətəndaşlarıdır. Bununla yanaşı bildirilir ki, 8000-ə yaxını azərbaycanlı Qazaxıstan, digərləri isə Gürcüstan vətəndaşları olan azərbaycanlılardır. Hadisələrin baş verdiyi Janaozen şəhərində 25 nəfəri Azərbaycan vətəndaşı olmaqla 50 nəfərə yaxın azərbaycanlı yaşayır. Hadisələrdə hərhansı bir azərbaycanlının xəsarət alması haqqında məlumat yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında