Rusiya Ümumdünya Ticarət Təşkilatının üzvü oldu

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Nazirlər Konfransı Rusiyanın bu təşkilata daxil olması barədə qərar qəbul etmişdir. Rusiya Prezidenti Dmitri Medvedev bu qərara görə konfransın üzvlərinə təşəkkürünü bildirmişdir.
Trend-in "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, bu barədə cümə günü Kremlin saytı informasiya yaymışdır.
Dmitri Medvedevin ÜTY-yə ünvanladığı teleqramda deyilir: "ÜTT-nin 8-ci Nazirlər Konfransı çərçivəsində Rusiyanın bu təşkilata qoşulması barədə qərar qəbul edilmişdir. Bu uzun və mürəkkəb danışıqların nəticəsi həm Rusiya, həm də bizim gələcək tərəfdaşlarımız üçün səmərəlidir. Danışıqların bütün iştirakçılarına vacib nəticəyə nail olunmasına görə təşəkkür edirəm".
Rusiya 1993-cü ildən ÜTT-yə üzv olmağa çalışırdı.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında