AMEA Tarix İnstitutunun illik hesabatı dinlənilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda bu elm müəssisəsinin birillik fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilmişdir.
AMEA-dan bildirmişlər ki, institutun direktoru, AMEA-ın müxbir üzvü Yaqub Mahmudov dekabrın 31-də Azərbaycanın görkəmli alimi, tarix elmləri doktoru, professor Tamilla Musayevanın 80 illik yubileyi ilə əlaqədar elmi sessiyanın keçiriləcəyini söyləmiş, institutda müxtəlif dillərin öyrənilməsi ilə bağlı son illər yaranmış problemlərdən danışmışdır. Bununla əlaqədar, Y.Mahmudov institutun gənc əməkdaşlarının və aspirantlarının Şərq dilləri üzrə keçiriləcək məşğələlərə cəlb olunmasını tövsiyə etmişdir.
İnstitut direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov institutun 2011-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxş etmişdir.
C.Bəhramov "İnzibati-amirlik dövründə Azərbaycan SSR-də kadr siyasəti (1920-1953-cü illər)" mövzusunda plan işinin əhəmiyyətini nəzərə alaraq onun müzakirədən sonra kitab şəklində nəşrinin nəzərdə tutulduğunu, "Borçalı tarixi" və "Dərbənd tarixi" kitabları üzərində işlərin tezliklə başa çatdırılmasının vacibliyini qeyd etmişdir. O, bu il Rusiya Federasiyasında Dərbənd şəhərinin beş min illiyinin qeyd olunacağını və bununla bağlı institut tərəfindən beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırmışdır.
Sonda institutun veb-portalı ilə bağlı məsələ müzakirə olunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında