Ukraynalı mahir rəssamlar görkəmli siyasi xadim Heydər Əliyevin kəhrəbadan portretini hazırlamışlar

Milli Məclisin parlamentlərarası işçi qrupunun nümayəndə heyəti Kiyevdə səfərdədir. Deputat Eldar İbrahimovun başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin üzvləri Elmira Axundova, Rüfət Quliyev və İqbal Məmmədov daxildir. 
Dekabrın 16-da nümayəndə heyətinin üzvləri, habelə Azərbaycan Milli Məclisinin deputatı Hüseynbala Mirələmov və Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli "Ukrayna kəhrəba dünyası" Assosiasiyasında olmuşlar.
"Ukrayna kəhrəba dünyası" Assosiasiyası Şurasının rəhbəri Qalina Simxa Azərbaycan nümayəndə heyətini mehribanlıqla qarşılamış və Assosiasiyanın mahir rəssamları tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Dövlət bayrağı və coğrafi xəritəsi fonunda Ukrayna kəhrəbasından hazırlanmış portretini azərbaycanlı qonaqlara hədiyyə etmişdir.
Azərbaycan parlamentinin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova da özünün ulu öndər Heydər Əliyevə həsr edilmiş kitablarını, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva barəsində oçerklərdən ibarət "Dostlarımın gözəl surəti" adlı yeni kitabını Q.Simxaya bağışlamışdır.
Milli Məclisin üzvü Hüseynbala Mirələmov özünün "İlham Əliyev. Azərbaycan Prezidentinin portreti" adlı kitabının Ukrayna dilində nüsxəsini Assosiasiya Şurasının rəhbərinə təqdim etmişdir.
AzərTAc-ın xəbər verdiyi kimi, dekabrın 16-da Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasında bu kitabın təqdimat mərasimi olmuşdur. Tədbir Azərbaycanın Kiyevdəki səfirliyi tərəfindən təşkil edilmişdir.
Sonra Q.Simxa qonaqları Assosiasiya ilə, "Kəhrəba yol" muzeyi və ukraynalı sənətkarların "günəş daşı"ndan hazırlanmış nadir əl işlərinin sərgiləndiyi "Kəhrəba mələklər" qalereyası ilə tanış etmişdir.

{nl}

Zeynal AĞAZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında