"The New York Times" Azərbaycan səfirliyinin etiraz məktubunu dərc etmişdir

Amerikanın "The New York Times" qəzeti Azərbaycanın ABŞ-dakı səfirliyinin bu yaxınlarda qəzetdə Dağlıq Qarabağ haqqında "The National Womb" sərlövhəli qərəzli məqalənin çıxması ilə bağlı etiraz məktubunu dərc edib.
Məktubda qeyd edilir ki, Dağlıq Qarabağ əvvəl dərc edilən məqalədə deyildiyi kimi "mübahisəli ərazi" və ya respublika deyil, o, Ermənistan tərəfindən işğal edilən və beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ərazilərinin işğal faktı və işğal olunmuş ərazilərdən 750 min Azərbaycan vətəndaşının didərgin salınması geniş təsdiqini tapıb və BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilib.
Məqalədə, həmçinin, işğal altında olan Azərbaycan ərazilərində separatçı rejim tərəfindən həyata keçirilən "uşaq doğumunun həvəsləndirilməsi proqramı"ndan bəhs edilir: "Regionda uşaqların doğumuna gəlincə, uşaqların təhlükəsiz və firavan gələcəyinin təmin olunmasının ən yaxşı yolu Dağlıq Qarabağda demoqrafik vəziyyəti süni şəkildə dəyişmək deyil, uzanan Ermənistan-Azərbaycan münaqişəsinin" həllidir.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında