Almaniyanın DAPD informasiya agentliyi AzərTAc ilə əməkdaşlığa mühüm əhəmiyyət verir

Bu fikir dekabrın 17-də Almaniyanın DAPD informasiya agentliyinin baş direktoru və idarə heyətinin sədri Martin Vordervülbeke və agentliyin direktoru Aleksandr Todosiyçukla AzərTAc-da keçirilən görüşdə səslənmişdir.  
AzərTAc-ın baş direktoru Aslan Aslanov qonaqlara agentliyin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, beynəlxalq və regional xəbər agentlikləri alyanslarının fəal üzvü olan AzərTAc qlobal informasiya məkanında yerini və rolunu daha da gücləndirir.
Görüşdə AzərTAc ilə DAPD agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması, informasiya və təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də sosial şəbəkələrin sürətlə yayıldığı müasir dövrümüzdə milli xəbər agentliklərinin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan və alman xalqları arasında əlaqələrin qədim tarixə malik olduğunu vurğulayan A.Aslanov agentliklərimizin multimedia xidmətləri sahəsində də səmərəli əməkdaşlıq həyata keçirə biləcəyini diqqətə çatdırmışdır.
AzərTAc-ın beynəlxalq əlaqələrinin ildən-ilə genişlənməsini yüksək qiymətləndirən Martin Vordervülbeke hər iki agentlik arasında əməkdaşlığın qurulmasının Almaniya-Azərbaycan münasibətlərinin inkişafına da mühüm töhfə verəcəyini diqqətə çatdırmışdır. M.Vordervülbeke rəhbərlik etdiyi agentliyin Azərbaycan haqqında həqiqətləri Almaniya ictimaiyyətinə çatdırmaqda maraqlı olduğunu qeyd etmişdir.
AzərTAc-da digər dillərlə yanaşı, alman dili bölməsinin də fəaliyyət göstərməsi qonaqların marağına səbəb olmuşdur.
Yaxın vaxtlarda DAPD-ın Azərbaycanda müxbir məntəqəsinin fəaliyyətə başlayacağını deyən M.Vordervülbeke agentliklərimiz arasında informasiya və təcrübə mübadiləsinin aparılmasının, o cümlədən multimedia xidmətləri sahəsində əməkdaşlığın həyata keçirilməsinin hər iki tərəf üçün əhəmiyyətli olacağı ilə bağlı fikirləri dəstəklədiyini vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında