"Uğur" lotereyasında "Cek Pot" və Kia "Rio" uduldu

Hazırda lotereya həvəskarlarının diqqəti yeni il layihələrinə yönəlsə də, çoxları ənənəvi lotereyaları yaddan çıxarmır. Bu lotereyalar hər həftə, hər bir tirajda, neçə-neçə iştirakçıya, ailəyə sevinc gətirməkdə davam edirlər. "Uğur" lotereyasının 18-ci tirajını ayın kifayət qədər məhsuldar tirajlarından hesab etmək olar. Bu tirajda tale əvvəlcə Ucar şəhər sakini Qurbanov Əlikram Qurban oğlunun üzünə güldü.
Biletin seriya nömrəsi ilə 100% uduşlu Kia "Rio" avtomobili oynanılarkən lototrondan çıxan altı rəqəm məhz ona məxsus 113636 saylı biletin rəqəmləri ilə uyğun gəldi və 71 yaşlı Qurbanov Əlikram Kia "Rio" avtomobilinə sahib oldu. "Lotereya oyunlarında tez-tezmi iştirak edirsiniz?" sualına 14 nəvənin babası Əlikram kişi özünə məxsus baməzəliklə "Denən bir dayanırdınmı" sualı ilə cavab verdi və əlavə etdi ki, "ürəyimə dammışdı ki, maşın udacağam, arzuma çatdım"!
Əvvəlcədən qeyd etdiyimiz kimi, "Uğur" lotereyasının 18-ci tirajı məhsuldar oldu və tiraj onu izləyənlərin yaddaşında "Cek Pot"un uduşu ilə qaldı.
25.000 manat məbləğində "Cek Pot" Qusar şəhər sakini Dostiyev Teyfur Hacıbaba oğluna qismət oldu. Teyfurla yaxından tanış olduqdan sonra əminliklə demək olar ki, onun uduşuna sevinməyən adamı təsəvvür etmək belə mümkün deyil. 39 yaşlı, iki azyaşlı övlad atası Dostiyev Teyfur Qarabağ əlilidir, kompyuterlə işləyir, necə deyərlər, intellekti ilə çörək qazanır. Nikbindir, hökumət təqaüd verir, torpaq sahəsi də verilib və o indi öz əsas arzusunu reallaşdırmağa çox yaxındır. "Azərlotereya" ASC-yə minnətdarlıq edir ki, udduğu pulla xudmani bir ev tikə bilər.
"Ailə Sevinci" lotereyasının 46-cı və 47-ci tirajları da lotereya iştirakçılarını gözəl avtomobillərə sahib edib. Bakı şəhər sakini Nəsibova Şəhla Emil qızı "Ailə-Sevinci"nin 46-ci tirajında, Biləsuvar rayon sakini Təhməzov Afiq Böyukağa oğlu isə 47-ci tirajında Nissan "Sunny" avtomobili uddular. Üç azyaşlı uşağı olan 33 yaşlı Təhməzov Afiq ailəsini dolandırmaq üçün özü demişkən "hər işin qulpundan yapışır", arada taksi sürücüsü kimi də fəaliyyət göstərir və budur, Nissan "Sunny" avtomobili, artıq onun ixtiyarındadır.
Bakı şəhərində məskunlaşan Ağdam şəhər sakini Aslanov Elgiz Nadir oğlunun "5/36" lotereyasının 328-ci tirajında udduğu 4200 manat haqqında yazmağı lazım bildik. Hələlik, bir nəvə babası olan Aslanov Elgizin 53 yaşı var. Qarabağ müharibəsi iştirakçısıdır. Deyir ki, kreditə avtomobil götürübmüş və krediti ödəməkdə ciddi çətinliklə üzləşib. O, 4000 manat məbləğində borcu ödəyə bilməyəcəyini hiss edərək, avtomobili satışa çıxarmaq qərarına gəlir və həmin gün, məhz həmin gün nə az, nə çox, düz 4200 manat udub. Elgiz Aslanov deyir: "Vallah, mənim üçün bu məbləğ dünyanın ən böyük uduşudur. Sanki çiyinlərimdən dağ götürüldü".
Ötən yazımızdan sonrakı 20 gün ərzində neçə-neçə ailənin "Azərlotereya" ASC-dən sevinc payı aldığının şahidi oluruq. İlin son ayında "Binqo" lotereyasında müvafiq olaraq 79 000, 94 000, 64 000 manat məbləğlərində olan "Binqo prizini", "Super binqo"nu və "Fortuna"nı, "Ailə Sevinci"ndə 120 000 manat məbləğində "Meqa Pot"u, "5/36"da 30 500 manat "Cek Pot"u, "Uğur"da iki turda 49 000 manat məbləğlərində "Cek Pot"ları udmaq şansını əldən verməyə dəyərmi? Digər tərəfdən, "Azərlotereya" ASC nin yeni il layihələri - "Yeni il sevincləri" və "Qış Möcüzəsi" lotereyaları finiş xəttinə yaxınlaşmaqdadır. Dekabr ayının 28-də "Yeni il sevincləri" lotereyasında Hyundai "ACCENT" və Hyundai "Grandeur" avtomobilləri, "Qış Möcüzəsi" lotereyasında isə dekabr ayının 30-da Cip Toyota "Prado", Hyundai "ACCENT" və Hyundai "İ10" avtomobilləri oynanılacaq. Yeni il qabağı bütün lotereya həvəskarlarına bol-bol uduşlar arzulayırıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında