Torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə 116 yeni evin tikintisinə başlanmışdır

"2011-ci ildə Quba rayonunun Güləzi kəndində baş verən torpaq sürüşməsi ilə əlaqədar əhalinin köçürülməsi məqsədilə rayonun Aşağı Atuc kəndi yaxınlığında birinci mərhələ üzrə 189 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb".
APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.
O bildirib ki, torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə Şamaxıda 30, Xaçmazda 26, Qusarda 16, Abşeron, Ağsu, Astara, Lerik, Tovuz rayonlarında ümumilikdə 116 evin tikintisinə başlanmışdır: "Bundan başqa, müxtəlif səbəblərdən uçmuş çoxmənzilli yaşayış binaları əvəzinə Bakı şəhəri, Bəsti Bağırova küçəsində 18 mərtəbəli, Rəsulzadə küçəsində 5 mərtəbəli binanın hazırda tikintisi aparılır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında