Xəzərdə nərə cinsli balıqların sənaye ovuna qadağa qoyulmuşdur

"Xəzər dənizinin Su Bioresursları Komissiyasının Bakıda keçirilən 32-ci iclasında Xəzər dənizində nərə cinsli balıqların ovlanılması üçün kvota müəyyən olunmamışdır. Komissiyanın səlahiyyətləri daxilində Xəzər dənizində nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulmuşdur. Bu barədə APA-ya açıqlamasında Xəzərin su bioresursları komissiyasının daimi üzvü Tariyel Məmmədli bildirmişdir.
T.Məmmədlinin sözlərinə görə, Xəzər dənizində nərə cinsli balıqların ovlanılması ilə bağlı qadağanın nəzərdə tutulduğu saziş layihəsinin işlənilməsi davam etdiriləcək: "Saziş layihəsi 3 aydan sonra Sank-Peterburqda işçi qrupu tərəfindən işləniləcək. Bundan sonra sənəd növbədənkənar iclasa çıxarılacaq".
Moratoriumun qüvvədə olacağı müddət sazişdə əksini tapacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında