Yeni Azərbaycan Partiyasının ölkədə və regionda nüfuzu gündən-günə artır

{nl}

Dekabrın 16-da Bakı Slavyan Universitetinin akt zalında Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının VIII konfransı keçirilmişdir. Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbiri açıq elan etdikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.

{nl}

Yeni Azərbaycan Partiyasının yaranmasından və formalaşmasından danışan M.İbrahimqızı bildirdi ki, ölkədə ictimai-siyasi vəziyyətin son dərəcə ağır və dözülməz olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi partiyanın yaradılması həyatımızın zəruri tələbi idi. Çünki müstəqilliyimizin uçuruma daha da yaxınlaşdığı və Azərbaycanın parçalanmaq ərəfəsində olduğu bir vaxtda xalqı arxasınca aparmağa qadir olan bir liderə, onun rəhbərlik etdiyi siyasi partiyanın yaradılmasına böyük ehtiyac var idi. Xalqın ümid yeri ulu öndər Heydər Əliyev idi. Yalnız qüdrətli şəxsiyyətin yaratdığı, rəhbərlik etdiyi təşkilat xalqı öz arxasınca apara bilərdi. Yeni Azərbaycan Partiyası belə çətin bir zamanda yarandı.

{nl}

1993-cü ilin iyununda, Azərbaycan dövlətçiliyinin müqəddəratının həll olunduğu ağır məqamda xalq öz qüdrətli oğlunu ölkəyə rəhbərlik etməyə dəvət etdi. Xalq dövlət idarəçiliyində zəngin təcrübəsi olan, xalqını, Vətənini, millətini böyük məhəbbətlə sevən Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ulu öndər Heydər Əliyev xalqın arzu və təkidli tələbləri ilə yenidən hakimiyyətə gəldikdən sonra dövlətimizin əsl müstəqillik tarixi başlandı və Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrildi.

{nl}

Məruzəçi bildirdi ki, ötən illərdə ümummilli liderimiz və partiyamızın yaradıcısının həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq, gələcəyə inamla baxan güclü, qüdrətli bir dövlətə çevrilmişdir. Bu illərdə ulu öndər Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Getdikcə sıralarının sayı artan, ölkədə və regionda nüfuzu yüksələn Yeni Azərbaycan Partiyası ən güclü, ən böyük intellektual səviyyəyə malik olan siyasi partiyaya çevrildi.

{nl}

M.İbrahimqızı qeyd etdi ki, ulu öndərin siyasi kursunu layiqincə davam etdirən və yarımçıq qalmış işlərini həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildikdən sonra partiyamızın beynəlxalq aləmdəki nüfuzu daha da artdı, əlaqələri genişləndi. Möhtərəm Prezidentimiz İlham Əliyevin həm YAP-ın sədri, həm də dövlətimizin başçısı kimi həyata keçirdiyi tədbirlər və xalqımızın firavanlığı, müstəqil Azərbaycanın dünya birliyində mövqeyinin daha da möhkəmləndirilməsi, nüfuzunun yüksəlməsi naminə yorulmaz fəaliyyəti bu gün yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, hazırda Yeni Azərbaycan Partiyasının nüfuzu ölkəmizin sərhədlərini aşmışdır. Bu gün möhtərəm Prezidentimiz və partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq, abadlıq və yenidənqurma işləri insanların həyat səviyyəsini xeyli yüksəltmiş, işsizlik probleminin aradan qaldırılmasında böyük rol oynamış, ölkəmizin iqtisadi qüdrətini artırmış və partiyamıza üzv olanların sayını artırmışdır. Hazırda partiyamızın üzvlərinin sayının yarım milyonu keçməsi də xalqımızın, ümummilli liderin siyasi kursuna və bu kursu uğurla davam etdirən möhtərəm Prezidentimiz, YAP-ın sədri İlham Əliyevə olan inam və etimadının nəticəsidir.

{nl}

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının üzvləri də hər zaman ümummilli lider Heydər Əliyevin siyasi xəttinə, bu yolun davamçısı möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevə inandıqlarını, güvəndiklərini öz fəaliyyətləri ilə təsdiqləyir, bu siyasi kursa alternativ görmədiklərini açıq şəkildə bəyan edirlər.

{nl}

Rayon təşkilatının 23 min 50 nəfər üzvü 111 ilk təşkilatda cəmləşib. Natiq qeyd etdi ki, VIII konfransa qədər partiyamızın üzvlərinin sayı xeyli artmışdır. Üzvlərin 11 min 777 nəfəri gənclərdir. Rayon ərazisində keçirilən tədbirlərdə partiyamızın üzvlərinin yüksək fəallığı xüsusilə qeyd olunmalıdır. Ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin azad və ədalətli, demokratik, mütəşəkkil ş



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında