Culfa Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni binanın açılış mərasimində iştirak etmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov çıxış edərək muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, hüquq-mühafizə orqanları və məhkəmələrin fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır. 
Ali Məclisin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Culfa Rayon Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan müstəqil Azərbaycan Respublikasında qarşıya qoyulan öhdəliklər uğurla yerinə yetirilir. Bu öhdəliklərdən biri də hüquq-mühafizə orqanlarına dövlət qayğısının göstərilməsi, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi, ölkədə qanunun aliliyinin təmin olunması və qəbul olunan qərarların ədalətli və düzgünlüyünə dövlət nəzarətinin həyata keçirilməsidir. Buna görə də ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında məhkəmə-hüquq institutlarının fəaliyyəti üçün lazımi şərait yaradılır, hakimlərin hüquqi biliklərinin yüksəldilməsi məqsədi ilə attestasiyalar keçirilir və digər tədbirlər görülür.
Qeyd olunmuşdur ki, muxtar respublikanın hüquq institutlarının təkmilləşdirilməsi və inkişafı prosesi ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 2002-ci il 24 avqust tarixli Fərmanına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2006-cı il 2 noyabr tarixli Fərmanına əsasən həyata keçirilir. Ötən müddətdə bu fərmanlardan irəli gələn vəzifələrin icrası istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, Naxçıvanda hüquq institutları tamamilə formalaşmış, hüquq-mühafizə orqanlarının səlahiyyətləri artırılmış, cəzaçəkmə müəssisəsi təşkil olunmuş, Vəkillər Kollegiyası yaradılmışdır. Culfa Rayon Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsi isə bu istiqamətdə görülən işlərin davamıdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan inzibati binada iş otaqları, məhkəmə iclas zalı, kompyuter otağı, kitabxana, arxiv, anbar, yeməkxana, 42 yerlik iclas zalı, texniki işçilər üçün otaqlar yerləşir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında